
Yeni nəsil döyüş təyyarəsi hesab olunan T-50 (PAK FA) Rusiya Silahlı Qüvvələrinin istismarına 2018-ci ildən başlayaraq verilə bilər.
“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın müdafiə nazirinin müavini Yuriy Borisov deyib.
O bildirib ki, bu döyüş təyyarəsinin silahlanmaya daxil olması 2018-2025-ci il dövlət proqramı çərçivəsində reallaşması nəzərdə tutulub.
Y. Borisovun sözlərinə görə, bunun üçün T-50 Silahlanma üzrə dövlət proqramına salınmalıdır:
“Daha vacibi isə döyüş təyyarəsinin sınaqlarının yekunlaşdırılmasıdır. Biz tələsmirik. Hələ ki, orduda bu xidməti həyata keçirən döyüş təyyarələri mövcuddur. Ona görə də əlavə xərc çəkərək, yeni döyüş təyyarələrinin alınmasına tələsmirik”.
Nazir müavini buna baxmayaraq, Rusiya müdafiə sənayesi kompleksinin yeni məhsuluna marağın olduğunu da söyləyib.






