Yeni nəsil “Altay” tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

Yeni nəsil “Altay” tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

BMC şirkəti tərəfindən istehsal edilən iki ədəd yeni nəsil “Altay” tankı sınaqlarının keçirilməsi üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər veir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, “Altay” tankı Türkiyənin müasir əsas döyüş tankı olacaq.

“10 il əvvəl ilk dəfə ortaya qoyulan prototipdən çox fərqli və üstün qabiliyyətlərə malik olan yeni “Altay” tankımız, coğrafiyamızda Silahlı Qüvvələrimiz üçün çox əhəmiyyətli rol oynayacaq”, – deyə R.T.Ərdoğan vurğulayıb.

Yeni nəsil “Altay” tankı daha yüksək yerlilik payına, texnoloji imkanlara, zireh quruluşuna və artırılmış hərəkət qabiliyyətinə sahibdir. Tank ASELSAN şirkətinin hazırladığı yeni nəsil atəşi idarəetmə və AKKOR aktiv müdafiə sistemi ilə təchiz edilib.

Qeyd edək ki, 2024-cü ilin sonlarına qədər tamamlanması planlaşdırılan sınaqlardan sonra, Türkiyə Silahlı Qüvvələrinin rəyi əsasında BMC şirkəti “Altay”ın seriyalı istehsalına başlayacaq.

2025-ci ildə başlanacaq seriyalı istehsal zamanı “Altay” tankında Cənubi Koreya istehsalı olan güc paketindən (mühərrik və transmissiya) istifadə ediləcək.

2026-cı ilin ikinci yarısından etibarən “Altay” “BMC Power” tərəfindən istehsal edilən yerli mühərriklə təchiz olunacaq və tankın seriyalı istehsalı bu formada aparılacaq.

Poliqon.az

CATEGORIES
TAGS