Yeni Su-57 və Su-35S qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

Yeni Su-57 və Su-35S qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) yeni Su-57 və Su-35S döyüş təyyarələrinin daha bir partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, qırıcılar müxtəlif iş rejimlərində yer və uçuş sınaqlarından keçdikdən sonra xidməti yerlərinə uçublar.

Tədarüklə bağlı fikirlərini bölüşən “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Vadim Badexa bildirib ki, UAC müəssisələri dövlət müdafiə sifarişini yerinə yetirmək üçün böyük səylə işləməyə davam edirlər.

Onun sözlərinə görə, hazırda istehsal prosesinin və zavod sınaqlarının müxtəlif mərhələlərində olan Su-57 və Su-35S qırıcılarının növbəti partiyaları cari ilin sonuna kimi Rusiya Müdafiə Nazirliyinə təhvil veriləcək.

CATEGORIES
TAGS