
Yeni termal kamera və tank əleyhinə raketlər Türkiyədə inventara daxil edilib
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda termal kamera, tanker və tank əleyhinə raketin qəbul fəaliyyətlərini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd edilib ki, aşağıdakılar Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib:
- “Dragoneye-2” termal kamerası;
- Zirehli yanacaq ankeri;
- Orta mənzilli müasir tank əleyhinə raket.