
Rusiyanın Mühərrikqayırma Şirkətlər Birliyində (ODK) yeni yaradılan RD-33MK mühərrikinin dövlət sınaqları bu MiQ-35 üzərində keçirilib.
Bu barədə “AzeriDefence”yə məlumat Birliyin mətbuat xidmətindən verilib.
Mühərrikin poliqon şəraitində sınaqları MiQ-35 üzərində reallaşıb.
Əvvəlcədən bildirilməsə də yanvarın 26-da təqdimatı keçirilən MiQ-35 döyüş təyyarəsinin üzərində RD-33MK mühərriki olub və mühərrik özünü bütün meyarlar üzrə müsbət göstərib.
Qeyd edək ki, Mühərrikqayırma Şirkətlər Birliyinin “Klimov” təcrübi-konstruktor bürosunun (TKB) hazırladığı RD-33MK mühərriki 1980-cı illərdə An-29 təyyarələri üçün hazırlanmış məşhur RD-33 mühərrikinin müasirləşdirilmiş variantıdır.
RD-33MK yaradılması üzrə işlərə 2004-cü ildən başlanılıb. Yeni mühərriklə təyyarənin birinci uçuşu 2007-ci ildə edilib. 2010-cu ildən bu mühərriklə təchiz edilmiş MiQ-29K/KUB təyyarələri xarici müştərilərin diqqətini cəlb etməyə başlayıb.
Mühərrik FADEC tipinin avtomatik idarəsinin müasir rəqəmli sistemiylə təchiz edilib. Dünya bazarında belə sinifdən olan mühərriklərin bir ədədi orta hesabla 4,5 milyon ABŞ dollarına satılır.





