Zakir Həsənov Çində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb

Zakir Həsənov Çində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çinə işgüzar səfəri davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycanın Çindəki Səfirliyini ziyarət edib.

Sonra müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkət rəhbərləri ilə görüşüb.

Ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

CATEGORIES