“Zəfər Günü” ilə əlaqədar DSX-də tədbir keçirilib

“Zəfər Günü” ilə əlaqədar DSX-də tədbir keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Azərbaycanın qalibiyyətini, xalqın sarsılmaz iradəsini və Silahlı Qüvvələrin qüdrətini özündə əks etdirən “Zəfər Günü”nün ikinci ildönümünü sərhədçilər yüksək əhval ruhiyyə ilə qarşılayırlar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, 8 noyabr “Zəfər Günü” ilə əlaqədar DSX-nin “Sərhədçi” Mədəniyyət Mərkəzində bayram konserti keçirilib.

Tədbirə dəvət olunmuş Vətən Müharibəsi qaziləri və qonaqlar Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin “Zəfər Günü”nə həsr etdikləri bayram konsertini izləyiblər.

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş