TUSAŞ direktoru: Qardaş ölkələrimizə logistika dəstəyi və təlim xidmətləri ilə sadəcə platforma deyil, həm də hərtərəfli həll təklif edirik

TUSAŞ direktoru: Qardaş ölkələrimizə logistika dəstəyi və təlim xidmətləri ilə sadəcə platforma deyil, həm də hərtərəfli həll təklif edirik

TUSAŞ Türkiyə və Azərbaycan arasındakı köklü qardaşlıq əlaqələrini müdafiə sənayesi sahəsində də möhkəmləndirmək üçün Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2024) iştirak edib.

Bu sözləri TUSAŞ şirkətinin baş direktoru Dr. Mehmet Demiroğlu “Poliqon” hərbi-kosmik texnoloji jurnalına müsahibəsində deyib. O bildirib ki, ADEX sərgisində nümayiş etdirdikləri məhsulları təkcə TUSAŞ-ın deyil, həm də Türkiyənin yüksək texnologiyaya əsaslanan gələcəyə olan inamının və qətiyyətinin simvoludur.

“TUSAŞ, statik sahədə HÜRKUŞ yeni nəsil təlim təyyarəsinin tam ölçülü modelini sərgiləyib. HÜRKUŞ sahib olduğu qabaqcıl texnologiyası, üstün manevr qabiliyyəti və çox yönlü istifadə xüsusiyyətləri ilə özünü analoqlarından fərqləndirir. Afrika qitəsinə ixrac etdiyimiz HÜRKUŞ aktiv şəkildə istifadə olunur və yaxın vaxtlarda öz Hərbi Hava Qüvvələrimizə də təhvil veriləcək.

TUSAŞ stendində KAAN milli döyüş təyyarəsi, HÜRJET reaktiv təlim təyyarəsi, T625 GÖKBEY çoxməqsədli helikopteri, T129 ATAK helikopteri, ANKA III, AKSUNGUR PUA-ları və TÜRSAKT 6A peyk məhsullarının 1/7 modelləri yer alıb. Məhsullarımızın rəqabət üstünlükləri təkcə texniki üstünlüklərlə məhdudlaşmır. Eyni zamanda, yerli imkanlarla istehsal olunmaları xaricdən asılılığı azaldaraq ölkəmizin strateji müstəqilliyinə töhfə verməkdədir.

Bu günə qədər 100-dən çox uçuş həyata keçirən HÜRJET reaktiv təlim təyyarəsi bu yaxınlarda Aralıq dənizini aşaraq Misirdə keçirilən Beynəlxalq Aviasiya Sərgisində iştirak edərək öz imkanlarını sübut etmiş və dünyanın yeddi möcüzəsindən biri olan Giza Piramidalarının üzərindən uçaraq bizləri qürurlandırmışdır.

ANKA III və AKSUNGUR PUA sistemlərimiz öz seqmentlərində dünyanın ən yaxşılarından sayılır. Bu məhsullar öz sinflərində bənzərsiz olub TUSAŞ-ın yarım əsrdən çox olan innovativ mühəndislik yanaşmasını və texnoloji üstünlüyünü təmsil edir. Təcrübəmizlə inkişaf etdirdiyimiz digər məhsulmuz da T625 GÖKBEY çoxməqsədli helikopteridir. T625 GÖKBEY-in kütləvi istehsal fəaliyyətləri tam sürətlə davam edərkən yaxın gələcəkdə hüquq-mühafizə qüvvələrimizə çatdırılmağa başlanacaq. Bizlər TUSAŞ olaraq qardaş ölkələrimizə təqdim etdiyimiz logistika dəstəyi və təlim xidmətləri ilə sadəcə platforma deyil, həm də hərtərəfli həll təklif edirik”, – deyə TUSAŞ şirkətinin baş direktoru Dr. Mehmet Demiroğlu vurğulayıb.

CATEGORIES
TAGS