BƏƏ-nin IDEX-2023-də imzaladığı müqavilələrin həcmi 6.3 milyard dollar olub

BƏƏ-nin IDEX-2023-də imzaladığı müqavilələrin həcmi 6.3 milyard dollar olub

Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2023 və NAVDEX-2023 sərgilərinin sonuncu günündə “Tawazun” şurası 2.2 milyard AED (598.9 milyon ABŞ dolları) dəyərində 12 satınalma müqaviləsi imzalayıb.

“Poliqon” xəbər verir ki, bunu “Tawazun” şurasının rəsmi sözçüləri Məcid Əhməd Əl Caberi və Zayed Səid Əl Merayxi keçirlən mətbuat konfransında açıqlayıb.

Zayed Səid Əl Merayxi bildirib ki, gün ərzində Müdafiə Nazirliyi üçün 1.6 milyard AED (435.5 milyon dollar) dəyərində 7 müqavilə yerli, 653 milyon AED (177.7 milyon dollar) həcmində 5 müqavilə isə xarici şirkətlərlə imzalanb.

Beləliklə beş gün ərzində sərgidə 56 müqavilə imzalanıb ki, onların da ümumi dəyəri 23.3 milyard AED (6.3 milyard dolları) təşkil edib.

Yerli şirkətlər ilə imzalanan satınalma müqavilələri:

  • Döyüş sürsatlarının alınması üçün ESE şirkəti ilə iki müqavilə – 799 milyon AED (217.5 milyon dollar) və 14 milyon AED (3.8 milyon dollar);
  • Sərhəd təhlükəsizliyi sistemlərinə texniki xidmət göstərmək üçün “Etimad Strategic Security Solutions” şirkəti ilə 612 milyon AED (166.6 milyon dollar);
  • Mühafizə konteynerlərinin alınması üçün “AM Industries” şirkəti ilə 46 milyon AED (12.5 milyon dollar);
  • Gəmilərə təmir, texniki xidmət və logistka dəstəyinin göstərilməsi üçün “Aman Marine Engineering” şirkəti ilə 43 milyon AED (11.7 milyon dollar);
  • Təhlükəsizlik sistemlərinə təmir və texniki xidmət göstərilməsi üçün “Falcom Eye Technologies” şirkəti ilə 3 milyon AED (816 min dollar);
  • Çoxsaylı raket buraxılış qurğusunun alınması və onlara texniki xidmətin göstərilməsi üçün “Tawazun” şurası vasitəsilə Cənubi Koreyanın “Hanawa Aerospace” şirkəti ilə 101 milyon AED (27.4 milyon dollar).

Xarici şirkətlər ilə imzalanan satınalma müqavilələri:

  • Data link avadanlığının alınması üçün Fransanın MBDA şirkəti ilə 198 milyon AED (53.9 milyon dollar);
  • Radarlara texniki xidmətin göstərilməsi üçün Fransanın “Euro-Art International” şirkəti ilə 90 milyon AED (24.5 milyon dollar);
  • “GlobalEye” 6000 təyyarələrinə texniki xidmətin göstərilməsi üçün İsveçin “Saab” şirkəti ilə 108 milyon AED (29.4 milyon dollar);
  • Telekommunikasiya sistemlərinin alınması və quraşdırılması üçün Almaniyanın “Rohde & Schwarz” şirkəti ilə 59 milyon AED (16 milyon dollar);
  • Telekommunikasiya sistemlərinin alınması və quraşdırılması üçün Çinin “CETC International” şirkəti ilə 198 milyon AED (53.9 milyon dollar).

Poliqon.az

CATEGORIES
TAGS