Növbəti C-390 nəqliyyat təyyarəsi sifarişçiyə çatdırılıb

Növbəti C-390 nəqliyyat təyyarəsi sifarişçiyə çatdırılıb

“Embraer” şirkəti altıncı C-390 “Millennium” çoxməqsədli nəqliyyat təyyarəsini Braziliya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.

“Poliqon” “Embraer”ə istinadən xəbər verir ki, bu, Tam Əməliyyat İmkanı (FOC) konfiqurasiyasında Braziliya HHQ-yə təslim edilən ilk C-390 təyyarəsidir.

Şirkətin bildirdiyinə görə, Braziliya HHQ tərəfindən sifariş edilən bütün təyyarələr KC-390 təyinatı ilə havada yanacaq doldurma missiyalarını da yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, yeni nəsil hərbi-taktiki nəqliyyat təyyarəsi olan C-390, orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutulub. Onun maksimum yük götürmək qabiliyyəti 26 ton, kruiz sürəti sürəti 0.8 mach və uçuş mənzili daşıdığı yükün ağırlığından asılı olaraq 5800 km-ə qədər təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS