ABŞ HHQ-nin E-7 AEW&C təyyarələri üçün MESA sensorların istehsalına başlanacaq

ABŞ HHQ-nin E-7 AEW&C təyyarələri üçün MESA sensorların istehsalına başlanacaq

“Northrop Grumman” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) E-7 AEW&C təyyarələri üçün “Multi-role Electronically Scanned Array” (MESA) sensorlarının istehsalına başlayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə “Northrop Grumman” şirkəti məlumat yayıb.

Bildirilib ki, MESA sonsorları ABŞ HHQ-nin “Boeing” şirkətindən sifariş etdiyi E-7 AEW&C (Airborne Early Warning and Control) havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinə quraşdırılacaq.

“Boeing” 737 təyyarəsinin bazası əsasında yaradılan E-7 AEW&C mürəkkəb əməliyyat ərazilərində fəaliyyat göstərən bölmələrə üstün ətraf məlumatlığı təmin etmək üçün nəzərdə tutulub. O, üzərinə inteqrasiya edilən MESA sensoru vasitəsilə eyni vaxtda havadakı və dənizdəki çoxsaylı təhdidləri aşkarlaya, müəyyənləşdirə və izləyə bilir.

Qeyd edək ki, E-7 AEW&C-lər ötən il ABŞ HHQ tərəfindən köhnəlmiş E-3 AEW&C təyyarələrinin yerini almaq üçün seçilib. Onun satınalınması üçün ABŞ HHQ və “Boeing” şirkəti arasında müqavilə cari ilin əvvəlində imzalanıb. 2023-ci ilin mart ayında isə “Boeing” E-7 AEW&C təyyarəsinin iki yeni versiyasını hazırlamaq üçün ABŞ HHQ ilə 1.2 milyard dollar dəyirəndə saziş bağlayıb.

Hazırda MESA sensoru ilə təchiz olunmuş E-7 AEW&C təyyarələri Avstraliya, Türkiyə, Cənubi Koreya və Böyük Britaniya Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer almaqdadır.

Poliqon.az

CATEGORIES
TAGS