Sənaye
ABŞ hipersəsli texnologiyanın yaradılmasına 147 milyon dollar ayırıb

ABŞ Müdafiə Nazirliyi ilə “Lockheed Martin” şirkəti arasında hipersəsli daşıyıcının hazırlanmasına dair müqavilə imzalanıb.
“AzeriDefence”nin məlumatına görə, “Mach 5 Tactical Boost Glide” adlı layihə 147,3 miliyon dollar dəyərində qiymətləndirilib.
Tədqiqat işlərini ABŞ-ın DARPA – Elmi-tədqiqat araşdırmaları Agentliyi tərəfindən aparılır.
Texnologiyanın istiqamətləri barədə isə əlavə məlumat verilmir.
Xatırladaq ki, bu istiqamətdə elmi-tədqiqat işləri ABŞ-la yanaşı Rusiya və Çin tərəfindən də aparılır.



