ABŞ Ordusu elektrik mühərrikli “Chevrolet Colorado ZH2” maşının sınaqlarına başlayır – FOTO

ABŞ-ın TARDEC Elmi-tədqiqat mərkəzi “General Motors” şirkəti ilə birlikdə “Chevrolet Colorado ZH2” indeksi almış elektrik mühərrikli avtomobil yaradıb.

“AzeriDefence”nin “Army-guide” saytına istinadən verdiyi xəbərə görə, ABŞ Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanan “Chevrolet Colorado ZH2” maşının yaxın günlərdə sınaqları başlayacaq.

ABŞ Ordusunda test ediləcək “Chevrolet Colorado ZH2” hidrogen yanacaq elementləri və elektrik ötürücü ilə təchiz edilib. Maşın hərəkətsiz işlədikdə 25 kVt daimi güc və ya 50 kVt pik gücü yarada bilir. Yük yerində 120 və 240 voltda ştepsellər quraşdırılıb. Maşının hidrogen yanacaq elementləri həmçinin bir saata 7,5 litr içməli su istehsal edə bilir.

“Chevrolet Colorado ZH2” mühərriki səssiz işləyir, tüstü və qoxu ixrac etmir, istilik siqnaturasını artırmır, hərbçilərə gizlicə hərəkət etməyə imkan verir. Maşının 37 düymlü şinlərlə təchiz edilməsi onun yolsuzluq və pilləli ərazilərdə keçilmə qabiliyyətini artırır.

0x0 11 — копия

0x0 7 — копия

0x0 5 — копия

0x0 4 — копия

 

 

 

CATEGORIES