ABŞ Ordusu üçün böyük həcmdə HIMARS YARS alınır

ABŞ Ordusu üçün böyük həcmdə HIMARS YARS alınır

ABŞ Müdafiə Nazirliyi və “Lockheed Martin” şirkəti arasında HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) tədarükü ilə bağlı 1.9 milyard dollar dəyərində müqavilə imzalanıb.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, əlavə xidmətlərin göstərilməsini də nəzərdə tutan müqavilə 2028-ci ilin 31 may tarixinə qədər tamamlanmalıdır.

Xatırladaq ki, hələ ötən ay ABŞ Ordusu üçün “Lockheed Martin” şirkətinə 861.3 milyon dollarlıq HIMARS YARS sifariş edilib.

CATEGORIES
TAGS