Sənaye
ABŞ yeni döyüş gəmisi tikib – FOTO

ABŞ-ın yeni “USS Gabrielle Giffords” versiyalı sahil döyüş gəmisi Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu döyüş gəmisi LCS “Independence” sinifinə daxildir.
2017-ci ildə “USS Gabrielle Giffords” gəmisinin dəniz testlərinə başlanılacaq.
Qeyd edək ki, “USS Gabrielle Giffords” ABŞ Hərbi Dəniz Qüvvələrinin invertalına daxil olan doqquzuncu sahil döyüş gəmisidir.




