Ukraynanın ADRON şirkəti Azərbaycanın hərbi qurumlarından birinin aviasiya dəstəsi üçün təkmilləşdirilmiş helikopter özünü mühafizə sisteminin təqdimatını keçirib. Bu barədə “AzeriDefence”yə danışan şirkətin direktor müavini Aleksandr Alyoşinin sözlərinə görə, Bakı yaxınlığındakı poliqonlardan birində keçirilən sınaqlar zamanı test qülləsi üzərinə birləşdirilmiş kompleks ona atılan idarə olunan raketi 150 metr məsafədən yayındırmağa nail olub və raket istiqamətini dəyişərək hədəfdən uzaqlaşıb. Kompleksə daxil olan “Adros” KUV 26-50 kombinə edilmiş yanlış istilik hədəf atıcı qurğusu 26 mm və 50 mm kalibrli antiradar passiv maneələrin yerləşdirilməsi və atılması üçün nəzərdə tutulub. Qurğunun boşaldılması AV-26V atıcılarından xüsusi proqram üzrə yerinə yetirilir və müxtəlif növ rus/sovet və qərb ölkələrində istehsal olunmuş infraqırmızı başlıqlı ZRK aldatma funksiyasını həyata keçirməyi bacarır. “Adros” KUV 26-50 istənilən uçucu aparatlarda qurula bilər. Kompleksdə həmçinin “Adros” KT-01AV və KT-03U elektro-optik jammerləri də yer alır.