
Albaniya HHQ “Black Hawk” helikopterlərini təhvil alıb
Albaniya Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-ın “Sikorsky” şirkəti tərəfindən istehsal olunan iki ədəd UH-60 “Black Hawk” helikopterini təhvil alıb.
“Poliqon” Albaniya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Alabiyanın müdafiə naziri Niko Peleşi, Baş Qərargah rəisi general-mayor Arben Kinqci və ABŞ-ın Tirandakı səfirliyinin müvəqqəti işlər vəkili David Visner Farka Aviasiya Bazasına gələrək təhvil alınan “Black Hawk” helikopterlərinə baxış keçiriblər.
Burada çıxış edən müdafiə naziri N.Peleşi bildirib ki, 2030-cu ilə qədər Albaniya HHQ-nin ümumilikdə 6 ədəd çoxməqsədli “Black Hawk” helikopterinə sahib olması planlaşdırılıb.