Almaniya Ukraynaya “Gepard” zenit-top kompleksi tədarük edib
Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 3 ədəd “Gepard” zenit-top kompleksi tədarük edib.
“Poliqon” xəbər verir ki, bu, Almaniya hökumətinin Ukrayna üçün ayırdığı yeni hərbi yardım paketində öz əksini tapıb.
Həmçinin paketə daxildir:
- “Leopard 2A6” tankları üçün döyüş sursatı;
- “Gepard” zenit-top kompleksi üçün 30240 ədəd sursat;
- 2500 ədəd 155 mm-lik artilleriya mərmisi;
- 2 ədəd WISENT 1 minatəmizləmə tankı;
- 10 ədəd “Vector” kəşfiyyat pilotsuz uçuş aparatı;
- 2 ədəd sərhəd mühafizə maşını;
- Helikopterlər üçün 2 ədəd AMPS özünümüdafiə sistemi;
- 2 ədəd 8×8 təkər formullu HX81 ağır yük maşını və 5 ədəd yarım qoşqu;
- 25536 ədəd 40 mm-lik sursat;
- Tibbi ləvazimatlar və s.