
Almaniyanın “Rheinmetall” şirkəti yeni istehsal etdiyi “Survivor R” zirehli maşının təqdim edib.
“AzeriDefence” xəbər verir ki, “Survivor R” 4×4 təkər formuluna malik zirehli avtomobil Parisdə keçirilən “Milipol – 2017” beynəlxalq təhlükəsizlik sərgisində nümayiş etdirilib.
Zirehli avtomobil təhlükəsizlik qüvvələrin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.
6 silindirli, 340 at gücündə dizel mühərriklə təchiz edilən yeni zirehli avtomobilin çəkisi 16 tona çatır. Avtomobilin daxili həcmi 12.5 kubmetr təşkil edir. Ballistik müdafiəsi NATO-nun STANAG 3 səviyyəsinə uyğundur.
“Survivor R”in heyəti 10 nəfər, yük götürmə qabiliyyəti 5.1 tona qədərdir. Maksimal sürəti 100 km/saat təşkil edən maşının gediş ehtiyyatı 800 kilometrdir.



