AMEA -nın daha iki institutuna yerli istehsal olan dronlar verilib – FOTO

AMEA-nın Coğrafiya və Zoologiya İnstitutlarına Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən pilotsuz uçuş aparatları verilib.

“AzeriDefence”nin məlumatına görə, AMEA YT Parkının direktoru Vüqar Babayev bildirib ki, dronlar elmi tədqiqat işlərində müxtəlif müşahidə və təcrübələrin aparılmasında istifadə olunacaq.

V. Babayev qeyd edib ki, 2017-ci ilin oktyabr ayından etibarən “Elm və Texnologiya Parkı” MMC tərəfindən dronların seriyalı istehsalı həyata keçirilir. O, dronların elmi müəssisə və təşkilatların çöl şəraitində aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və bu sahədə işlərin səmərəliliyinin artırılmasına, ərazinin spektral analizinin aparılmasına, müəyyən sahələrdə radiasiya və radiomaqnit şüaların səviyyəsinin ölçülməsinə böyük töhfə verəcəyini söyləyib.

V. Babayev qeyd edib ki, “Elm və Texnologiya Parkı” MMC tərəfindən mülki və hərbi təyinatlı dronlar istehsal edilir.

Çıxış edən AMEA-nın institutlarının nümayəndələri dronların istifadə olunacağı istiqamətlər barədə danışıblar.

Sonda müəssisələr arasında təhvil-təslim müqaviləsi imzalanıb.

IMG 20180330 151752 e1522408911363

29855914 1648905698533460 189171685 n

29750546 1648905661866797 1009034783 n

29750311 1648905865200110 357587097 n

29745541 1648905801866783 1988856484 n

29665806 1648905751866788 925756233 n

29665781 1648905835200113 1227409528 n

 

CATEGORIES