ANAMA azad olunan ərazilərdə ötən ay 392 ədəd mina aşkarlayıb

ANAMA azad olunan ərazilərdə ötən ay 392 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü il may ayında aparılan minatəmizləmə əməliyyatları zamanı 4839.3  ha ərazi yoxlanılıb, 251 ədəd piyada əleyhinə mina, 141 ədəd tank əleyhinə mina və 1068 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES