ANAMA-nın yaranmasından 26 il ötür

ANAMA-nın yaranmasından 26 il ötür

Bu gün Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasından 26 il ötür.

“Poliqon” xəbər verir ki, ANAMA 1998-ci il 18 iyul tarixində Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə yaradılıb.

Qeyd edək ki, ANAMA minatəmizləmə sahəsində əldə etdiyi 26 illik təcrübəsi ilə qlobal miqyasda aparıcı quruma çevrilib. Ötən 26 il ərzində ANAMA tərəfindən xeyli sayda mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.

Agentlik işğaldan azad edilmiş ərazilərin partlayıcı qurğulardan təmizlənməsi, bu ərazilərdə bərpa-quruculuq fəaliyyətinin təhlükəsiz icrası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması, eləcə də regionda sülh və əminamanlığın bərpası və davamlı inkişafına öz müsbət töhfəsini verir.

Hazırda ANAMA Qarabağ və Şərqi Zəngəzurda mina və müharibənin partlayıcı qalıqlarının yaratdığı təhlükədən təmizləmək missiyasını qətiyyətlə davam etdirir.

CATEGORIES