
ANAMA ötən il 11 450 ədəd mina və PHS, 39 789 ədəd patron zərərsizləşdirib
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2020-ci il ərzində 3 613 ədəd partlamamış hərbi sursat (PHS), 4 559 ədəd piyada əleyhinə mina, 3 278 ədəd tank əleyhinə mina (cəmi: 11 450 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edib.
“Azeri Defence” ANAMA-ya istinadən xəbər verir ki, aşkar edilən mina/PHS və müxtəlif çaplı patronlar yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər