“Artilleriya atəşinin ustaları” müsabiqəsində sınaq atışları icra edilib – FOTO

“Artilleriya atəşinin ustaları” müsabiqəsində sınaq atışları icra edilib – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan artilleriyaçıları təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlərin şərtləri və atış nöqtələrinin texniki imkanları, eləcə də təhlükəsizlik qaydaları ilə tanış olublar.

Hazırlıq prosesini yekunlaşdıran Azərbaycan komandası atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.

Poliqon.az

CATEGORIES
TAGS