ASELSAN-dan sərhəd mühafizəsi üçün yeni sistem – TALOS

Türkiyənin ASELSAN şirkəti Daşına bilən Avtonom Sərhəd və Geniş Sahələrə Nəzarət Sistemi (TALOS) layihəsini tamamlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, 20 milyon lirə büdcəyə malik sistem 14 xarici firmanın iştirakı ilə hazırlanıb. Sistem sayəsində nəzarətin çətin olduğu sərhədlər və geniş ərazilərdə təsirli kəşfiyyat-müşahidəni təmin etmək mümkün olacaq.

İnsansız quru və hava vasitələri, sabit sensor qüllələri və komanda idarəetmə mərkəzindən ibarət TALOS planlaşdırılan funksiyaları avtonom şəkildə yerinə yetirəcək. Sistem quru sərhədlərinə 24 saat effektiv nəzarət imkanı verəcək.

Proyekt çərçivəsində inkişaf etdirilən insansız nəqliyyat vasitələri üzərindəki kamera sistemləri ilə təsbit etdikləri sərhəd pozuntularını komanda idarəetmə mərkəzinə bildirərək əlaqədar vahidlərin hərəkətə keçməsini təmin edir.İnsansız quru vasitələri həmçinin mərkəzin istiqamətləndirməsi ilə muxtar şəkildə təhdidlərə müdaxilə edə bilir. Əsl məqsədi sərhədləri qorumaq və nəzarət altında saxlamaq olan sistemin heç bir silah təchizatı yoxdur. Sistemin tətbiqi ilə sərhəd təhlükəsizliyindən məsul təhlükəsizlik vahidlərinin işi asanlaşacaq. Proyektdə istifadə edilən sabit sensor qüllələrinin yalnız insansız quru vasitələri ilə müşahidə oluna bilməyən kritik bölgələrə qurulması planlaşdırılır.

KATEQORIYA: