ASELSAN-ın Müdafiə Sistemləri Texnologiyaları Qrupuna CMMI Level 3 sertifikatı

Türkiyənin ASELSAN şirkətinin Müdafiə Sistemləri Texnologiyaları Qrupu (SST) xarici hərbi layihələrə təklif vermək üçün gərəkli olan Capability Maturity Model Integration – CMMI Level 3 sertifikatı alıb. Bu barədə AzeriDefence ASELSAN şirkətinə istinadən məlumat verib.

ASELSAN-ın SST Qrupu müdafiə sahəsində Havadan Müdafiə Sistemləri, Komanda-Kontrol və Kompüter Sistemləri, Atəş Dəstək Sistemləri, Silah Sistemləri, İnsansız Sistemlər, Dəniz Sistemləri, Sualtı Akustik Sistemləri və Sahil-Sərhəd Təhlükəsizliyi Sistemləri, mülki sahədə isə Ağıllı Nəqliyyat Sistemləri sahəsində araşdırma, istehsal, inteqrasiya və logistik dəstək fəaliyyətləri göstərir. Qrup həmçinin ISO 9001, NATO AQAP 2110 və AQAP 2210 keyfiyyət sertifikatlarına malikdir.

Qeyd edək ki, ASELSAN-ın Mikroelektronik İzləmə və Elektro-Optik (MGEO) Qrupu və Radar Elektronik Hərb ve Kəşfiyyat Sistemləri (REHİS) Qrupu da bundan öncə CMMI Level 3 sertifikatını alıb.

KATEQORIYA: