ASELSAN şirkəti xarici müştərilərinə müdafiə sistemləri tədarük edəcək
Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan xarici müştərilərin son istifadəsi üçün müdafiə sistemləri tədarük edəcək.
“Poliqon” İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verir ki, bununla bağlı ASELSAN ümumi dəyəri 30.6 milyon ABŞ dolları olan satış müqavilələri imzalayıb.
Müqavilələrə əsasən, ASELSAN şirkəti tərəfindən xarici müştərilər dost-düşmən tanıma, elektro-optik, uzaqdan idarə olunan stabilləşdirilmiş silah və rabitə sistemlərindən ibarət faydalı yüklərlə təmin olunacaq.