ASELSAN və TUSAŞ arasında avionika dəstləri ilə bağlı müqavilə imzalanıb
Türkiyənin ASELSAN və TUSAŞ şirkətləri arasında aviasiya vasitələri üçün avionika dəstinin (aviyonik süit) inkişaf etdirilməsi ilə bağlı 60.3 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Müqaviləyə əsasən, ASELSAN, hava platformaları üçün avionika dəstinin hazırlanmasını, inteqrasiyasını və kütləvi istehsalını həyata keçirəcək.
Sözügedən müqavilə çərçivəsində tədarüklər 2025-2028-ci illər arasında yerinə yetiriləcək.