ASELSAN yeni nəsil “Aura” radarını təqdim edib

ASELSAN yeni nəsil “Aura” radarını təqdim edib

ASELSAN şirkəti tərəfindən hazırlanmış “Aura” yeni nəsil çoxfunksiyalı müşahidə radarı ilk dəfə Beynəlxalq Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammitində sərgilənib.

ASELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması üçün ASELSAN tərəfindən hazırlanmış “Aura” radarı AESA (aktiv elektron skanedən antenna) texnologiyasına əsaslanır.

“Aura” radarı 20 kilometrdən çox məsafədə 120 dərəcə yan və 90 dərəcə yüksəklik əhatə dairəsinə malikdir. Tripodla birgə təxminən 40 kiloqram ağırlığında olan radar aşkar olunan hədəfi sürətli izləyə bilir.

“Aura” radar üç dəst formasında istifadə edildikdə 360 dərəcə aşkarlama qabiliyyətinə sahib olur. Radar rəqəmsal şüa yönləndirmə qabiliyyəti sayəsində bir çox əməliyyat tələblərinə cavab verə biləcək.

Qeyd edək ki, Beynəlxalq Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammiti bu il 3-cü dəfə Türkiyə Daxili İşlər Nazirliyinin himayəsində, Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Başqanlığının dəstəyi ilə Ankarada keçirilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS