
ATAK-II helikopterinin dəniz versiyası hazırlanacaq
Türkiyənin TUSAŞ şirkəti tərəfindən T929 ATAK-II zərbə helikopterinin dəniz versiyası hazırlanacaq.
“Poliqon” xəbər verir ki, bu barədə “Defence Türk”ə müsahibəsində TUSAŞ şirkətinin baş direktoru Temel Kotil bldirib.
Temel Kotil 1500 kq sursat daşıya biləcək 11 tonluq T929 ATAK-II hücum helikopterinin mühərrikinin 2022-ci ildə işə salınacağını qeyd edib. Bundan əvvəl Temel Kotil ATAK-II hücum helikopterlərinin 2500 at gücündə mühərriklərinin Ukraynadan tədarük ediləcəyini və 2023-cü ildə uçuş keçiriləcəyini açıqlamışdı.
Türkiyədə yerli və milli mühərrik alternativi olmadığı üçün T929 ATAK-II helikopterinin mühərrikini Ukraynanın “Motor Sich” şirkəti qarşılayacaq. Ukrayna şirkəti ilə bağlanmış müqaviləyə əsasən, ATAK-II helikopterləri üçün 14 ədəd mühərrik tədarük ediləcək. 2 ədəd mühhərik gələn ilin sentyabrında, digər 12 ədəd mühərrik isə 2025-ci ilə qədər Türkiyəyə təhvil verilməlidir.
Bildirilib ki, cari il ərzində ümumilikdə Türkiyə Hərbi Dəniz Qüvvələrinə 10 ədəd ATAK-II hücum helikopteri çatdırılmalıdır.
Rizvan Fikrətoğlu