Avropa ölkələri ABŞ-dan UH-60M “Black Hawk” helikopterləri alır
ABŞ Dövlət Departamenti çoxməqsədli UH-60M “Black Hawk” helikopterlərinin İsveç və Avstriyaya satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Toplamda 24 ədəd UH-60M helikopterinin satışını nəzərdə tutan sifarişlərin ümumi dəyəri təxminən 2 milyard ABŞ dolları təşkil edir.
İsveçin 900 milyon dollar dəyərindəki “Black Hawk” sifarişinə daxildir:
- 12 ədəd UH-60M helikopteri;
- 30 ədəd T700-GE-701D mühərriki (24-ü quraşdırılmış, 6-sı ehtiyat hissə);
- 17 ədəd AN/AAR-57 raket xəbərdarlıq sistemi;
- AN/APN-209 radar hündürlükölçənləri;
- AN/AVR-2B lazer aşkarlama dəstləri;
- Təmir, texniki xidmət, logistika dəstəyi və s.
Avstriyanın 1.05 milyard dollar təşkil edən “Black Hawk” sifarişinə daxildir:
- 12 ədəd UH-60M helikopteri;
- 26 ədəd T700-GE-701D mühərriki;
- 15 ədəd AN/AAR-57 raket xəbərdarlıq sistemi;
- AN/ARN-153 taktik hava naviqasiya sistemi;
- AN/APN-209 radar hündürlükölçənləri;
- Təmir, texniki xidmət, logistika dəstəyi və s.
Qeyd olunub ki, hər iki sifarişin əsas podratçısı rolunda ABŞ-ın “Sikorsky” şirkəti (“Lockheed Martin” korporasiyasının tərkibinədədir) çıxış edəcək.
Xatırladaq ki, bu yaxınlarda ABŞ Dövlət Departamenti Braziliyaya da 950 milyon dollar dəyərində 12 ədəd UH-60M helikopterinin və lazımi avadanlıqların satışını təsdiqləyib.