Azərbaycan müdafiə sənayesinin yeni inkişaf mərhələsi: “İldırım RP-10” məsafədən partlatma sistemi

Azərbaycan müdafiə sənayesinin yeni inkişaf mərhələsi: “İldırım RP-10” məsafədən partlatma sistemi

SETM “İldırım RP-10” sistemini beynəlxalq bazara təqdim edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin əsasında yaradılmış və hazırda müstəqil olaraq fəaliyyət göstərən SETM şirkəti, elmi tədqiqat və təcrübi-konstruktor işləri aparır, müdafiə və mülki təyinatlı innovativ məhsullar, habelə elektronika, avtomatlaşdırma və süni intellekt əsaslı idarəetmə sistemləri hazırlayır. Bundan başqa, SETM şirkətinin prioritet fəaliyyət istiqamətləri proqram təminatı və yüksək texnologiyalar sahələrini də əhatə edir.

Fəaliyyət sahələri

SETM şirkəti mövcud elmi və texniki potensiala əsaslanaraq, elektronika sahəsində müxtəlif xidmətlər təqdim edir. Şirkətlərin və təşkilatların effektivliyini artırmaq və iş proseslərini səmərəli bir şəkildə idarə etmək üçün çoxfunksiyalı avtomatlaşdırma xidmətləri təklif edir.

SETM İdarəetmə Sistemləri (İS) üçün Strategiya və Planlaşdırma: sifarişçinin biznes məqsədlərini müəyyən edərək və ümumi strategiyasına uyğun gələn İS yol xəritəsini hazırlayaraq güclü təhlükəsizlik tədbirləri çərçivəsində xidmət göstərir. Habelə, şirkət müştərilərin iş tələblərinə uyğun proqram təminatı və həllər inkişaf etdirməkdə keyfiyyətli və effektiv yanaşma ortaya qoyur.

SETM, süni intellekt (Sİ) xidmətləri ilə sifarişçiyə Sİ-nin potensialından istifadə etməyə və onların layihələrində inqilab etməyə kömək edə biləcəyinə əmindir. SETM şirkətinin imkanların müəyyən edilməsindən tutmuş uğurlu süni intellekt həllərinin həyata keçirilməsinə qədər Sİ səyahətinin hər mərhələsində müştəriyə bələdçilik etmək üçün hazırlanmış hərtərəfli xidmətlər paketi mövcuddur. Habelə, SETM layihələrdə avtomatlaşmanı tətbiq etmək üçün robototexnika xidmətləri təklif edir.

canta

SETM-in hazırladığı məsafədən idarə olunan xüsusi sərhəd mühafizə sistemi, radiokanal vasitəsilə mina və digər artilleriya atımlarının məsafədən idarə olunması sistemi, müxtəlif təyinatlı multirotor pilotsuz üçuş aparatları (PUA) və s. hazır məhsulların aidiyyəti qurumlarla birgə test işləri həyata keçirilib və uğurlu nəticələr əldə edilərək müvafiq sınaq aktları imzalanıb. Eyni zamanda, bəzi hazır nümunələr İkinci Qarabağ müharibəsi dövründə istifadə olunub. Qeyd olunanlarla bərabər hazırda SETM müəssisəsində 20-yə yaxın tədqiqat konstruktor layihələri də icra edilməkdədir.

SETM-də uzun illər fundamental elmlə və tədqiqatlarla məşğul olan elmi işçilər, habelə müxtəlif layihələrin istiqamətindən asılı olaraq şirkətlə əməkdaşlığa cəlb edilən aidiyyəti mütəxəssislərdən ibarət yüksək ixtisaslı peşəkar heyət fəaliyyət göstərir.

IMG 3474SETM tərəfindən Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları və ölkə üzrə digər güc strukturları, həmçinin Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və s. ilə birgə hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işlərinin (layihələrinin) hazırlanması, davam etdirilməsi, başa çatdırılması və yekun nümunənin aidiyyəti qurumlarla test (sınaq) işlərinin həyata keçirilməsi işləri uğurla davam etdirilib. Belə ki, hazır nümunələrin test nəticələrinə uyğun olaraq öz sinfində analoqları ilə müqayisədə qiymət baxımından sərfəli, həmçinin texniki göstəricilərinə görə uyğun olması barədə müvafiq qurumlar tərəfindən müsbət rəylər bildirilib.

“İldırım RP-10” məsafədən partlatmaq sistemi

IMG 3363SETM şirkətinin istehsalı olan “İldırım RP-10” radiokanal vasitəsilə mina və digər atımların məsafədən idarəolunma sistemi, analoqları ilə bir çox üstünlüklərinə görə fərqlənir. “İldırım RP-10” sisteminin əsas üstünlüyü rabitə kanalının şifrələnmiş olmasıdır. Bu, ilk növbədə kənar müdaxilələrin qarşısını alır. Sistem hazırlananda istifadəçinin təhlükəsizliyinin tam təmin olunması nəzərə alınıb. Seçilmiş dalğa uzunluğu maneələrin arxasında belə cihazı işlətməyə imkan verir. Bolqarıstan və Rusiya şirkətlərinin təqdim etdikləri bənzər sistemlər konkret partlayıcının üzərində qurulub. SETM məhsulu isə daha universaldır. Onu elektrodetenatorla təchiz olunmuş istənilən partlayıcıya (mina, döyüş sursatı və s) inteqrasiya etmək olar. “İldırım RP-10” sisteminin digər üstünlüyü daşınmasının rahatlığı, qiymətinin xarici analoqları ilə müqayisədə ucuz olmasıdır.

“İldırım RP-10” məmulatı 5 km-ə qədər radiusu olan birbaşa görüntü zonasında və 3 km-ə qədər maneə arxasında yerləşən düşmən mövqelərini məsafədən radiokanal vasitəsi ilə partlayışla məhv etmək qabiliyyətinə malikdir. Məmulatı elektrodetonatorla təchiz olunmuş bütün növ mina, və digər partlayıcıları partlatmaq üçün istifadə etmək olar.

IMG 3353“İldırım RP-10” Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu mina və atımları məsafədən partlatmaq üçün təyinatlıdır. Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu minaları və atımları məsafədən partlatmaq üçün nəzərdə tutulan radio partladıcı (RP) sistemi qeyd olunan partlayıcılara qoşularaq onların idarəetmə məsafəsini kifayət qədər artırmağa imkan verir. Belə ki, RP sistem vasitəsilə real olaraq 3500 metr məsafədə mürəkkəb relyefi olan ərazidə və 5000 metr birbaşa görüntülü ərazidə döyüş tapşırığının yerinə yetirilməsi uğurla sınaqdan keçirilib. RP sistemi 1 idarəetmə pultu və 10 ədəd partladıcıdan ibarət olmaqla 148-173.5 MHz tezlik diapazonunda 3.7 v akummlyator batareyası ilə minimumm 5 gün işləmək imkanlarına malikdir. Hər bir RP sistemi 1 tezlik diapazonu və individual kodlaşma ilə proqramlaşdırılıb ki, bu da 1 idarəetmə pultu vasitəsilə yalnız ona məxsus 10 partladıcını idarəetməyə imkan verməklə yanaşı kənar müdaxilənin də qarşısını alır. Partladıcıları tək-tək, qrupla və ya hamısını birlikdə partlamaq mümkündür.

“İldırım RP-10” minaların təmizlənməsi, minalı sahələrdən cığırların açılması, xüsusi təyinatlıların kəşfiyyat-diversiya əməliyyatlarında istifadə üçün nəzərdə tutulub. Cihazdan istifadə etməklə eyni vaxtda ərazidəki aşkarlanmış bütün minaları partladıb zərərsizləşdirmək mümkündür. “İldırım RP-10” mülki sektorda dağ-mədən sənayesində də istifadə edilə bilər.

Məmulatın istismar şəraiti:

– ətraf mühitin temperatur diapazonu mənfi 30ºC-dən müsbət 50ºC-dək;

– havanın nisbi rütubəti 98%-dək (ətraf mühitin müsbət 25ºC temperaturda).

İldırım RP-10” Silahlı Qüvvələrin arsenalında

setm“İldırım RP-10” layihəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bütün korpuslarında və Naxçıvan MR-nın Türkiyə ilə birgə keşirilən (Sarsılmaz Qardaşlıq) təlimlərdə dəfələrlə istifadə olunub. Təlimlər zamanı tələblərə uyğun olaraq müxtəlif təyinatlar üzrə açıq və dağlıq (mürəkkəb relyefli) ərazilərdə real döyüş sınaqları keçirilib. Aidiyyatı qrumların məsul şəxsləri ilə sınaq aktları tərtib edilib. Aktların nəticəsi təsdiq edir ki, “İldırım RP-10” ləyihəsinin silahlı qüvvələrdə istifadəsi məqsədə uyğundur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edərkən hərbi hissənin silah və döyüş texnikası arsenalına baxış keçirib. Ali Baş Komandana təqdim olunan xüsusi təyinatlı avadanlıqlar arasında “İldırım RP-10” məsafədən partlatma sistemi də yer alıb.

DSC 0052 — копияBu il iyunun 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib, habelə mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirib. Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi, general-mayor Anar Kərimov Baş Qərargah rəisinə mühəndis qoşunlarının inventarında yer alan “İldırım RP-10” məsafədən partlatma sistemi haqqında məlumat verib.

Taktiki-texniki göstəricilər

  • İdarəetmə radiusu (birbaşa görüntü ilə relyefdən asılı olaraq) 5 km-ə qədər;
  • İdarəetmə radiusu (maneə arxasında relyefdən asılı olaraq) 3 km-ə qədər;
  • İdarəetmə tezliyi (pult vasitəsilə dəyişdirilə bilər) 148–173.5 mHs;
  • Gözləmə rejimi ilə işləmə müddəti 5 sutka (120 saat);
  • Aktivləşdirmə rejimində işləmə müddəti 2 sutka (48 saat);
  • Aktivləşdirmə müddəti 5 saniyə;
  • Radioötürücünün gücü >2W;
  • Hər bir radiopartladıcıya qoşulan minaların sayı 1 və ya 2 ədəd;
  • Mina ilə radiopartladıcı arasındakı məsafə 0-100 metr;
  • Qidalanma mənbəyi 2×3,7V Li-akkumlyator;
  • İdarəedici blok (pult) 3,7V Li-akkumlyator;
  • Radiopartladıcı 3,7V Li-akkumlyator;
  • Retranslyator 3,7V Li-akkumlyator;
  • Saxlama müddəti 10 il;
  • Qurğunun dəstinin kütləsi (keyslə birlikdə) 9 kq.

Perspektivlər

SETM tərəfindən hazırda “İldırım RP-10” sisteminin ixracı istiqamətdə dünya bazarı, xüsusilə regional bazar araşdırılır. SETM mütəxəssisləri hesab edirlər ki, praktiki olaraq Azərbaycan silahlı qüvvələri tərəfindən istifadə edilən, universal, qiymət baxımından daha uyğun olan “İldırım RP-10” sistemi beynəlxalq bazarda ciddi maraq yaradacaq və öz yerini tuta biləcək.

SETM mühəndisləri hazırda “İldırım-RP10” sistemin seysmik detektorlar və vizual görüntü kameralarına inteqrasiya edilməsi üzərində çalışır. Yaxın aylarda hərbi qurumların nümayəndələrinin iştirakı ilə sözügedən sistemin sınaqlarının keçirilməsi planlaşdırılır. Bu, sistemə düşmən qüvvələrinin və texnikalarının daha tez müəyyənləşdirib məhv etməsinə imkan verəcək.

Zaur Babaşov

SETM REKLAM Az — копия result — копия 1

CATEGORIES
TAGS