Azərbaycan ordusu NATO-nun hərbi təlimlərində iştirak edəcək

Azərbaycan ordusu NATO-nun hərbi təlimlərində iştirak edəcək

Gürcüstan ABŞ-la birgə “Agile Spirit 2021” (“Çevik Ruh 2021”) çoxmillətli hərbi təlimlər keçirəcək.

“Poliqon”a Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, iyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək.

Təlimlərə 15 müttəfiq və tərəfdaş ölkədən – Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycan – 2500-dək hərbi qulluqçu qatılacaq.

“Agile Spirit 2021” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq.

Təlimlərdə iştirak edəcək ABŞ Ordusunun hərbi texnikaları artıq Gürcüstana çatdırılıb.

Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş