Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – VİDEO

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına uyğun olaraq fevralın 12-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mərasimlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimlərdə gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edib, Vətənə sadiq olacaqlarına və layiqli xidmət edəcəklərinə söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətdə nizam-intizamlı olmağı, silah və texnikanı dərindən öyrənməyi, Vətənin keşiyində ləyaqətlə dayanmağı arzulayıblar.

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.

Poliqon.az

CATEGORIES
TAGS