
Azərbaycan Ordusunun tank bölmələri praktiki atışlar icra edir – VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.
Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.