Azərbaycan şirkəti noyabr ayının 12-dən 16-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Dubay Airshow-2017” beynəlxalq aviasiya sərgi və şousunda təmsil olunacaq. Bu barədə “AzeriDefence” sərginin təşkilat komitəsinə istinadən məlumat verib. Sərgidə Azərbaycanı “Azairtechservice” şirkəti təmsil edəcək. “Azairtechservice” şirkəti Dubay aviaşousunda 2001-ci ildən təmsil olunur. Şirkət mühəndislik xidməti, konsultasiyalar, təmir və modernizə, avadanlıqların tədarükü istiqamətində fəaliyyət göstərir.