Azərbaycan tankçıları “Tank biatlonu” yarışında iştirak edirlər

Azərbaycan tankçıları “Tank biatlonu” yarışında iştirak edirlər

Azərbaycan tankçıları Rusiyanın Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, “Fərdi sürmə” mərhələsində güclərini sınayan Azərbaycan komandasının növbəti tank heyəti də uğurla çıxış edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən Azərbaycan tankçıları qrupda ikinci yerdə qərarlaşıb.

Belarusiya birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

1 9 59cdd948516884de9848132d7675abe9 b40fff8a669901c3d06a5ddd118e921b

Poliqon.az

CATEGORIES
TAGS