Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçiriləcək – VİDEO

Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçiriləcək – VİDEO

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Azərbaycandadır.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

CATEGORIES
TAGS