Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi təlimləri mütəmadi keçiriləcək
İyulun 3-də Astanada Azərbaycanın Prezidenti İlham Əliyev, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Poliqon” xəbər verir ki, görüşdə 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib.
Təklif məmnunluqla qəbul olunub.
CATEGORIES Müdafiə
TAGS Manşet