Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniyaya rəsmi səfər edib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik Z.Həsənov ziyarətçilər kitabını imzalayıb.

Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

CATEGORIES
TAGS