Azərbaycan və Özbəkistan Təhlükəsizlik şuraları arasında memorandum imzalandı

Azərbaycan və Özbəkistan Təhlükəsizlik şuraları arasında memorandum imzalandı

Azərbaycan Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistanın Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Poliqon” xəbər verir ki, Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra olub.

“Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov imzalayıblar.

CATEGORIES