Azərbaycanın ilk dəfə IDEF-də nümayiş etdirdiyi snayper tüfəngi – NST-14.5

Azərbaycanın ilk dəfə IDEF-də nümayiş etdirdiyi snayper tüfəngi – NST-14.5

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində istehsal edilən 14,5 mm-lik NST-14.5 snayper tüfəngi ilk dəfə IDEF-2021 sərgisində nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, əsasən Xüsusi Təyinatlı Qüvvələrin istifadəsində yer alan 14,5 mm-lik NST-14.5 snayper tüfənginin çəkisi 21 kq, uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm təşkil edir.

NST-14.5 snayper tüfəngi 4 patron tutumlu maqazinə və əllə tək-tək doldurulma (bolt action) iş prinsipinə malikdir. Nişangah məsafəsi 1600 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan və hündürlüyü tənzimlənən qundaq və xüsusi olaraq hazırlanmış lüləağzı əyləc tətbiq edilmişdir.

Snayper tüfəngi yaxşılaşdırılmış erqonomikaya sahibdir. NST-14.5 snayper tüfəngi öz quruluşuna və konstruksiyasına görə MSN-in həm “İstiqlal”, həm də “Yalquzaq” silah xəttindən fərqlənir və konstruktiv cəhətdən olaraq “Truvelo” şirkətinin 14.5 mm çaplı CMS snayper tüfənginə bənzəyir.

MRS5256  MRS5254  MRS5252

Poliqon.az

CATEGORIES
TAGS