Azərbaycanın müdafiə naziri misirli həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri misirli həmkarı ilə görüşüb

EDEX-2023 beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

“Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misirin müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

CATEGORIES