Azərbaycanın müdafiə naziri Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib

Azərbaycanın müdafiə naziri Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib

Çində işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ziyafət çərçivəsində general-polkovnik Z.Həsənov Çin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Can Yousia ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

CATEGORIES