Azərbaycan hərbçiləri “Anatolian Phoenix – 2024” beynəlxalq təlimində iştirak edəcək

Azərbaycan hərbçiləri “Anatolian Phoenix – 2024” beynəlxalq təlimində iştirak edəcək

“Anatolian Phoenix – 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyənin Konya şəhərinə gediblər.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.

Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyarəsi də iştirak edəcək.

CATEGORIES
TAGS