
“Airbus Helicopters” şirkəti xüsusi əməliyyatlar üçün hazırlanmış ilk NH90 “Standard 2” helikopterini Fransanın Silahlanma Baş İdarəsinə təhvil verib.
“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, NH90 helikopterinin bu yeni variantı xüsusi əməliyyatların tələblərinə uyğun şəkildə hazırlanıb.
Fransa ümumilikdə 18 ədəd NH90 “Standard 2” helikopteri sifariş edib və onların 2029-cu ilin ortalarınadək təhvil verilməsi planlaşdırılır. Bu helikopterlər Fransa Quru Qoşunlarının xüsusi təyinatlıları tərəfindən istismar olunacaq.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında İspaniya da proqrama qoşularaq eyni standartda 31 ədəd NH90 helikopteri sifariş edib.




