Azərbaycanın NATO yanında Nümayəndəliyində 9 ölkənin iştirakçıları qəbul edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyində NATO-nun Tanışlıq Proqramının 9 ölkədən olan iştirakçıları ilə görüş keçirilib.
Bu barədə “Poliqon” Azərbaycanın NATO yanında Nümayəndəliyinə istinadən xəbər verib.
Bildirilib ki, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə və Hərbi Nümayəndəliyinin rəhbəri polkovnik Ramil Həsənov Əlcəzair, Misir, Kolumbiya, Gürcüstan, Yaponiya, Qazaxıstan, Mərakeş, Türkmənistan və Ukraynadan olan iştirakçıları qəbul ediblər.
Görüş çərçivəsində iştirakçılara Azərbaycanın NATO ilə tərəfdaşlığının praktiki aspektləri üzrə təcrübəsini əks etdirən təqdimat təqdim olunub.
Ənənəvi olaraq ildə iki dəfə keçirilən NATO Tanışlıq Proqramının məqsədi iştirakçılara NATO-nun tərəfdaşlıq proqramları və fəaliyyəti barədə ətraflı məlumat verməkdir.





