
ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən GÜRZ hibrid hava hücumundan müdafiə (HHM) sisteminin atış sınağı keçirilib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, GÜRZ yaxın məsafədə müxtəlif hava təhdidlərinə qarşı çoxqatlı hava hücumundan müdafiə həllini tək platforma üzərində təqdim edir.
Sınaqda GÜRZ HHM sistemi AESA radarı, elektro-optik kompleksləri və rabitə sistemləri ilə imkanlarını təsdiqləyib. Sınaq zamanı istifadə olunan GÖKSUR raketi də çətin manevrlər həyata keçirərək gözlənilən trayektoriyanı izləyib.





