“Azərişıq”ın əməkdaşı Laçında minaya düşüb

“Azərişıq”ın əməkdaşı Laçında minaya düşüb

21 noyabrda Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Bu barədə “Poliqon”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.az

CATEGORIES
TAGS