“Azərkosmos” STC 2025 çərçivəsində bir sıra əməkdaşlıq sənədləri imzalamağı planlaşdırır

“Azərkosmos” STC 2025 çərçivəsində bir sıra əməkdaşlıq sənədləri imzalamağı planlaşdırır

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC 2025) çərçivəsində 20-dək əməkdaşlıq sənədi imzalamağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərkosmos”un İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov deyib.

O bildirib ki, “Azərkosmos” bu tədbirdə 10-a yaxın Anlaşma Memorandumu daxil olmaqla, ümumilikdə 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırır.

“Sənədlər imzalandıqca bu barədə ictimaiyyətə məlumat veriləcək. Azərbaycan üçün əməkdaşlıqlar xüsusilə kosmosun sülh və elm məqsədləri ilə istifadəsini ehtiva edir. Azərbaycan bir sıra ölkələrlə kosmik sahədə əməkdaşlıqlar qurub. Sevindiricidir ki, artıq Çinlə də bu istiqamətdə əməkdaşlığımızı genişləndiririk”, – deyə D.Bədirxanov qeyd edib.

CATEGORIES